Dağıstanın Şamil rayonunun icra başçısının müavini sərhəd bölgəsində həlak olub
Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində sərhəd bölgəsində Dağıstandan göndərilən humanitar karvan atəşə tutulub. Hadisə zamanı üç nəfər həyatını itirib. Ölənlər arasında Dağıstanın Şamil rayonunun icra başçısının müavini Maqomednəbi Hacıyev də var.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu barədə Dağıstan rəhbəri Sergey Melikov Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, humanitar missiya zamanı baş verən atəş nəticəsində mülki şəxslər həlak olub. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Günel Verdiyeva
17:41 25.12.2025
Oxunuş sayı: 3070