“Krokus” terror işi üzrə təqsirləndirilənlərin həbs müddəti uzadılıb
İkinci Qərb Hərbi Rayon Məhkəməsi “Krokus Siti Holl”da törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə bütün təqsirləndirilənlərin həbs müddətini uzadıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bütün təqsirləndirilənlərin həbs müddəti 7 aprel 2026-cı il tarixinədək uzadılıb. İş üzrə növbəti məhkəmə iclası 12 yanvar 2026-cı il tarixində keçiriləcək.
Pərvin Hacıyeva
16:30 25.12.2025
Oxunuş sayı: 3579