ABŞ Çini Trampın siyasətindən ən çox fayda görən ölkə adlandırıb
Çin ABŞ-nin prezidenti Donald Trampın siyasətindən ən çox fayda görən ölkələrdən biri olub.
Bu barədə Crossmedia.az ABŞ-nin "The Foreign Policy" jurnalına istinadən xəbər verir.
Jurnal yazır ki, Çin ixracına ABŞ-də tətbiq olunan rüsumlar artırıldıqdan sonra Tramp onları azaldıb və Çinlə ticarət atəşkəsi imzalayıb. Bu atəşkəs Çinə sərfəli olub, çünki Çin fəaliyyətini minerallar bazarına təsir göstərmək üçün istifadə edərək Trampı geri çəkilməyə məcbur edib.
FP həmçinin qeyd edib ki, 5 dekabr 2025-ci ildə açıqlanan ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası da Çinə əlverişli olub.
“Strategiyanın ‘dövlət suverenliyi’ və ABŞ-dan fərqli idarəetmə sisteminə və cəmiyyətlərinə malik ölkələrin tanınmasına diqqət yetirməsi, ehtimal ki, Pekin tərəfindən müsbət qarşılanacaq realizmi göstərir”, — deyə The Foreign Policy vurğulayıb.
FP-nin fikrincə, Trampın siyasətindən Çinlə yanaşı Səudiyyə Ərəbistanı, Suriya, Argentina və Pakistan da ən çox fayda görüb. Ən az fayda isə Venesuela, İran, Cənubi Afrika, Kanada və Hindistan əldə edib.
Dekabr 2025-ci ildə Çin, Venesuelanın neft tankerinin ələ keçirilməsini qınayıb və belə hərəkətlərin “beynəlxalq hüququ ciddi şəkildə pozduğunu” bildirib.
Eyni zamanda amerikalı siyasətşünas Qriqori Yarıgin qeyd edib ki, Trampın ABŞ-da “Tramp sinfi” döyüş gəmilərindən ibarət qızıl donanma yaratmaq barədə açıqlaması, ABŞ-nin xarici siyasətdə Çinə siqnal vermək niyyətini göstərir.
Pərvin Hacıyeva
16:05 25.12.2025
Oxunuş sayı: 3608