Alimlər Honkonq qripi ilə bağlı xəbərdarlıq edib
Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko bildirib ki, sürətlə yayılan Honkonq qripi (H3N2) Rusiya istehsalı olan peyvəndin yaratdığı immuniteti aşa bilmir.
Crossmedia.az xəbər verir ki, o, bu barədə NSN mətbuat mərkəzində çıxışı zamanı danışıb.
Onişenkonun sözlərinə görə, ölkədə 80 milyondan çox insana vurulan peyvəndin tərkibinə H3N2 virusu daxildir və bu, əhalinin immun sistemini sözügedən ştamma qarşı hazırlayıb. Akademik qeyd edib ki, virus genetik baxımdan adi qripdən fərqlənsə də, peyvəndi təsirsiz edəcək ciddi dəyişiklik müşahidə olunmayıb.
O əlavə edib ki, Rusiyada qrip və kəskin respirator virus infeksiyalarının əsas artımı yanvarın 20-dən sonra gözlənilir. Bu artım qış tətilindən sonra məktəblərdə dərslərin bərpa olunması ilə əlaqələndirilir.
Nəzrin Abbas
14:45 25.12.2025
Oxunuş sayı: 4087