Çerniqovda on minlərlə sakin elektriksiz qalıb
Çerniqovda on minlərlə sakin elektrik qurğularına dəyən ziyan səbəbindən enerjisiz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çerniqov Regional Hərbi Administrasiyasının rəisi Vyaçeslav Çaus Telegram kanalında məlumat verib.
O bildirib ki, Snovskaya icmasının kəndlərindən birində elektrik qurğusu zədələnib və bir neçə kənd bir neçə gündür enerjisizdir. Dekabrın 23-də isə bölgədə pilotsuz uçuş aparatının vacib infrastruktur obyektinə zərbə endirməsi nəticəsində də elektrik kəsintisi baş verib.
Nəzrin Abbas
14:01 25.12.2025
Oxunuş sayı: 3547