Ermənistan “Şoqhakat” kilsə kanalını ləğv edir
Ermənistan hökuməti 2011-ci ildən yayımlanan kilsə əsaslı “Şoqhakat” televiziya kanalının ləğv edilməsinə qərar verib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verirş
Məlumata görə, Kanal 1 yanvar 2026-cı ildə yayımını dayandıracaq.
Qərarın əsaslandırılmasında oktyabr ayında parlament tərəfindən qəbul edilmiş “Audiovizual Kütləvi İnformasiya Vasitələri haqqında Qanuna Dəyişikliklər” qanunu göstərilib.
Hökumət qeyd edib ki, ləğv edilən kanalın fəaliyyəti bundan sonra dayandırılacaq və yayım hüquqları başa çatacaq.
Nəzrin Abbas
13:40 25.12.2025
Oxunuş sayı: 3315