İsrail XİN: Ukrayna səfirinin demarşı diqqətdən kənarda qalıb
Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Qüdsdə Hanuka mərasimi zamanı rusiyalı həmkarı Anatoli Viktorovun iştirakına görə tədbiri tərk edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İsrail Xarici İşlər Nazirliyi səfirin bu addımını görmədiklərini və heç bir etiraz almadıqlarını bildirib.
Nazirlik Ukrayna və Rusiya səfirlərinə təşəkkür edib və diplomatik mərasimin plan üzrə keçirildiyini qeyd edib. Korniyçuk isə vəziyyətdən narazılığını yüksək vəzifəli nümayəndələrə çatdırıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna səfiri İsrail Baş naziri Netanyahunun Rusiya Prezidenti Putin haqqında şərhlərini tənqid etdiyinə görə nazirliyə çağırılmışdı.
Nəzrin Abbas
13:33 25.12.2025
Oxunuş sayı: 3592