Larri Conson: Zelenskinin Aİ-yə üzvlük iddiaları Ukrayna üçün vəziyyəti daha da ağırlaşdırır
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı son açıqlamalarının Rusiya ilə mümkün sülh danışıqlarını pozduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu fikirləri YouTube-da yayımlanan Deep Dive kanalında səsləndirib.
Consonun sözlərinə görə, Zelenski ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin üçün vəziyyəti daha da gərginləşdirir və avropalı müttəfiqlərin dəstəyinə həddindən artıq güvənir. Keçmiş MKİ zabiti Zelenskinin mövqeyini “bütün ukraynalıların üzünə vurulmuş şillə” kimi qiymətləndirib.
Qeyd edək ki, dekabrın 24-də Zelenski Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı tarixlərin birbaşa ABŞ-la müzakirə edildiyini bildirib və bu prosesin 2027–2028-ci illərdə mümkün ola biləcəyini deyib. Avropa Birliyi isə Ukraynanın üzvlük perspektivlərinə dair konkret tarix açıqlamayıb.
Nəzrin Abbas
09:19 25.12.2025
Oxunuş sayı: 4212