Müsabiqə qalibi: "Yüksəliş" ildən-ilə təkmilləşir və daha peşəkar şəkildə təşkil olunur

Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Növbəti müsahibimiz 4-cü "Yüksəliş" müsabiqəsi qalibi Teymur Rəhimovdur
-"Yüksəliş" müsabiqəsinə 2 dəfə qatılmaq istəyib qatıla bilməmişəm;
-"Yüksəliş" müsabiqəsi həm çətin, həm də dəyərli platformadır;
-Mənim mentorlarım BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və energetika naziri Pərviz Şahbazov idi;
-Hesab edirəm ki, "Yüksəliş" ildən-ilə təkmilləşir və daha peşəkar şəkildə təşkil olunur:
Müsahibənin tam forması yaxın günlərdə Crossmedia.az saytında dərc ediləcək.
Ayhan
18:42 19.10.2025
Oxunuş sayı: 1168