Türkiyədən sərt xəbərdarlıq: İsrailə qarşı hərbi cavab planı hazırdır

Türkiyə ABŞ vasitəsilə xəbərdarlıq edib ki, əgər Qətərdə olduğu kimi ölkə ərazisinə hücum cəhdi olarsa, İsrail dərhal cavab hücumu ilə üzləşəcək. “Türkiyənin səsi” nəşri məlumatlı mənbəyə istinadən bununla bağlı xəbər yayıb.
Crossmedia.az "Türkiyənin səsi" telekanalına istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hökumətə İsraillə mümkün müharibə halında nəzərdə tutulan yenilənmiş strateji hədəflərin siyahısını təqdim edib. Siyahıya İsrailin hərbi obyektləri, bazaları, əsas iqtisadi mərkəzləri və bütün limanları daxildir. Bundan əlavə, Suriyada yerləşən İsrail qüvvələri, o cümlədən Qolan təpələri də Türkiyənin qanuni hədəfi hesab olunur.
Məlumata görə, Baş Qərargahın planında İsrailin bütün hərbi potensialını qısa müddətdə sıradan çıxarmaq üçün sürətli və effektiv tədbirlər nəzərdə tutulub. Qeyd olunur ki, təkcə Negev bölgəsində yerləşən hava bazasının məhv edilməsi İsrail Hərbi Hava Qüvvələrinin əhəmiyyətli hissəsini neytrallașdırmaq üçün kifayət edəcək.
Planın digər mühüm bəndlərindən biri də Suriyanın Qolan təpələrini hərbi yolla azad etməsi üçün Türkiyənin Dəməşq ilə əməkdaşlıq etməsidir. Suriya silahlı qüvvələrində 300 minə yaxın hərbçi olduğu, Türkiyənin isə zərurət yaranacağı halda sərhədləri açaraq onlara dəstək verəcəyi qeyd olunur.
22:09 11.09.2025
Oxunuş sayı: 848