"İndiyədək 55 min uşaq məktəbə hazırlıq qruplarına yazılıb" - MÜTDA

2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, valideynlər məktəbəqəbul.edu.az platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir. İndiyədək 55 min uşaq məktəbə hazırlıq qruplarına yazılıb.
Ayhan
15:58 30.07.2025
Oxunuş sayı: 972