"Bu il əlavə 100 bağçada keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır" - Şöbə müdiri

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindənməktəbəqədər təhsil müəssisələri üçün keyfiyyətçərçivə sənədi hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır.
Ayhan
15:52 30.07.2025
Oxunuş sayı: 1054