Nazir: Əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur

Statistikaya
əsasən əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur.
Crossmedia.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Texnika və
Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa
olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və
emalatxanalarının açılış mərasimində çıxışı zamanı deyib.
Onun
sözlərinə görə, ölkədə illik təxminən 150 min nəfər orta təhsil səviyyəsini
başa vurur:
"Bu
məzunların yalnız təxminən 60 minə yaxını ali təhsilə qəbul olunur. Peşə təhsili
alanların sayı isə hazırda 30 min nəfər ətrafındadır. Bu rəqəm cari ilin deyil,
əvvəlki illərdə qəbul olunan tələbələri də əhatə edir. Halbuki orta təhsil səviyyəsində
olan 100 mindən artıq insan potensial olaraq peşə təhsili almaq imkanı əldə edə
bilər".
Nazir
qeyd edib ki, bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və
ya praktiki təcrübə yolu ilə əldə edib:
“Bu səbəbdən
peşə təhsilinin cəlbediciliyinin artırılması, müasir əmək bazarına
uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər,
həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər”.
11:14 30.07.2025
Oxunuş sayı: 931