"Bu sərgi abituriyentlərə çox böyük fayda verəcək" - DİM aparat rəhbəri

Düşünürəm ki, bu sərginin təşkili abituriyentlər üçün ixtisas seçimi öncəsi çox böyük fayda verəcək.
Crossmedia.az xəbər verir ki, bunu DİM aparat rəhbəri Vəfadar Misirov DİM-də ali təhsil müəssisələrinin sərgi açılışında deyib.
O, həmçinin bildirib ki, bu ilki qəbul yerlərinə 60 mindən artıq plan yeri elan olunub. Lakin 126 min nəfər qeydiyyatdan keçib. Kifayət qədər böyük rəqəmdir. Bu sərgidə abituriyentlər bu haqda, düzgün ixtisas seçimi haqda məlumat alacaqlar.
Ayhan
10:25 30.07.2025
Oxunuş sayı: 1146