DİM-dən valideynlərə və abituriyentlərə xəbərdarlıq

Son dövrlərdə kütləvi informasiya vasitələrində şəbəkələrin ifşa olunduğu hallar müşahidə olunur. İstərdim bu məsələyə münasibət bildirim.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov imtahan prosesində baş verən qayda pozuntularına münasibət bildirib.
O qeyd edib ki, son dövrlərdə kütləvi informasiya vasitələrində imtahan qaydalarını pozan şəbəkələrin ifşa olunduğu hallar müşahidə olunur.
V.Misirov bildirib ki, bütün imtahanlarda qayda pozuntularının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir və bu istiqamətdə məlumatlar mütəmadi olaraq press-relizlər vasitəsilə ictimaiyyətə təqdim edilir. Bu xəbərdarlıqların əsas məqsədi valideynləri və imtahan iştirakçılarını diqqətli olmağa çağırmaqdır. Qayda pozan şəxslərlə vaxtından və yerindən asılı olmayaraq tədbirlər görülür. Bəzi hallarda isə pozuntular hüquqi məsuliyyətə səbəb ola bilər.
Ayhan
10:13 30.07.2025
Oxunuş sayı: 953