Səhiyyə naziri və Çin səfiri əməkdaşlığın yeni mərhələsini müzakirə ediblər


Azərbaycan
Respublikasının səhiyyə naziri Teymur Musayevlə Çin Xalq Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey arasında görüş keçirilib.
Crossmedia.az
Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Çin səfiri ilə
əməkdaşlığın yeni mərhələsi müzakirə olunub.
Nazir
iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin
dinamik inkişaf etdiyini vurğulayıb: “Dövlət başçılarının imzaladığı “Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın
qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək
səviyyəyə qaldırıb”.
Teymur
Musayev ölkələrimiz arasında strateji tərəfdaşlığın bir çox istiqamətləri əhatə
etdiyini diqqətə çatdıraraq, səhiyyə sahəsində əməkdaşlığın da bu kontekstdə
xüsusi önəm daşıdığını qeyd edib.
Çin səfiri
xanım Lu Mey iki ölkə arasında dostluq münasibətlərinin dinamik inkişafından məmnunluğunu
ifadə edərək, səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam
etdiriləcəyinə əminliyini bildirib.
Görüş
zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək
inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri,
əczaçılıq, innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran istiqamətlərdə
birgə əməkdaşlıq imkanları müzakirə edilib.
13:06 28.07.2025
Oxunuş sayı: 931