Təqribən 100 azərbaycanlı gənc Şimali Kiprdə təqaüdlə ali təhsil alacaq

Azərbaycandan
100-ə yaxın gənc Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) universitetlərində təqaüdlə
təhsil almaq imkanına malik olacaq.
Crossmedia.az AZƏRTACA istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Milli Təhsil Nazirliyinin nazir Nazım Çavuşoğlunun Bakıya səfərinin yekunlarına dair məlumatına istinadla xəbər verir.
Mətbuat
xidməti qeyd edib ki, ŞKTC nümayəndə heyəti səfər çərçivəsində Şimali Kipr ali
məktəblərinin məzunları ilə də görüşüb. Milli təhsil naziri onlara Azərbaycandan
olan tələbələrə təqaüd verilməsi üçün ayrılacaq kvotalarla bağlı planlar barədə
məlumat verib.
“Azərbaycanın
25 vətəndaşı Şərqi Aralıq dənizi Universitetində, 25 nəfər Lefkoşadakı Avropa
Universitetində təqaüdlə təhsil ala biləcək və ən azı iyirmi nəfərin təhsil xərcləri
Milli Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. Ümumilikdə, söhbət yüzə yaxın
Azərbaycan vətəndaşından gedir”, -deyə nazirliyin məlumatında bildirilir.
12:17 28.07.2025
Oxunuş sayı: 882