İranda məhkəmə binasına hücum zamanı ölən və yaralananların sayı açıqlanıb

İranın Sistan-Bəlucistan vilayətinin Zəhedan şəhərində yerləşən məhkəmə binasına silahlı hücum nəticəsində 6 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tasnim agentliyinin məlumat yayıb.
Hücum terror aktı kimi qiymətləndirilir. Ölənlərdən üçü əsgər və hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Digər həlak olanlar və yaralananlar isə mülki şəxslərdir. Yaralılar arasında qadın və uşaq da var.
Nigar
Rəhimova
17:35 26.07.2025
Oxunuş sayı: 986