Muğam sədaları yenidən efirə qayıtdı – IX Müsabiqənin yeni buraxılışı yayımda

Heydər Əliyev Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin 22 iyul tarixli efiri yayımlanıb.
Crossmedia.az xəbər verir ki, yarışmanın münsiflər heyətinə Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.
Qeyd edək ki, müsabiqə hər həftənin II və IV günləri AzTV və Mədəniyyət TV-də canlı yayımlanır.
19:13 23.07.2025
Oxunuş sayı: 838