Paşinyan Rusiyaya gedir - İrəvan-Moskva münasibətlərində gərginlik var

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına iki günlük işgüzar səfər edəcək. Səfər çərçivəsində Ermənistan Baş naziri rusiyalı həmkarı Mixail Mişustinlə görüş keçirəcək. Həmçinin iyulun 24-25-də dağlıq ekosistemlərin mühafizəsi və təbiətin qorunması mövzularına həsr olunmuş beynəlxalq sammitdə iştirak edəcək.
Paşinyanın Altay səfəri Moskva ilə münasibətləri tam kəsmədiyini göstərir. Haıbuki Ermənistan son dövrlər Qərbə meyllənir. Bu, həm də Rusiya ilə siyasi körpüləri tam yandırmadan balanslı mövqe saxlamaq cəhdidir. Ekoloji sammit isə səfərə neytral fon verməklə, siyasi gündəmi yumşaltmaq vasitəsi kimi görünür.
Mövzu ilə bağlı politoloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlama verib.
O Paşinyan hökumətinin həm Qərb, həm İran, həm ABŞ, həm də Rusiya ilə bütün münasibətlərini qoruyub saxlamaq cəhdlərini qiymətləndirib: “Ümumiyyətlə, Rusiya ilə İrəvan arasında olan münasibətlər hələ özünün tam aydınlaşmamış bir mərhələsindədir. Belə ki, Paşinyan hökuməti həm Qərb ilə, həm İranla və ABŞ ilə, həm də Rusiya ilə bütün münasibətlərini qoruyub saxlamaq üçün cəhdlər edir. Qeyd etmək lazımdır ki, xüsusi enerji resurslarına və əhəmiyyətli bir dünya mövqeyinə malik olmadığı üçün Ermənistanın bu balansı təmin edə bilməsi elə də asan məsələ deyil. Ancaq bütünlükdə Paşinyan hökuməti özünü qorumaq və öz hakimiyyətini möhkəmləndirmək üçün müəyyən addımlar atır ki, bunlardan biri də Rusiyaya olan münasibətləri korrektə etmək, daim nəzarətdə saxlamaq və onun həddən artıq soyumasına imkan verməməkdir. Sizi müşahidə edirsinizsə ki, əgər paşinyan hər hansı Qərb ölkələri ilə görüş yaxınlıq etdikdən sonra dərhal Rusiyaya doğru bir addım atmağa da bir görüşə cəhd göstərir, səfər edir və yaxud bunlardan bir nümayəndə qəbul edir. Qeyd etdiyimiz kimi yenə də Rusiya ilə münasibətlərin həddən artıq soyumasının qarşısını almaq üçün olan addımlardır və s qeyd etmək olar”.
H.İbrahimov açıqlamasında bildirib ki, Ekologiya Sammiti Paşinyan höküməti üçün əhəmiyyətli siyasi platformaya çevrilə bilməz: “Ekologiya sammiti məsələsinə gəldikdə, ola bilərki Paşinyan hökuməti bu platformadan hər hansı bir siyasi divident üçün istifadə edə bilsin. Ancaq əhəmiyyətli siyasi platformaya çevrilə bilməz, çünki ən azı Paşinyan hökumətinin müasir ekoloji və iqtisadi prioritetində ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində o dərəcədə yüksək innovativ resurslara və tətbiq imkanlarına malik deyillər. Ancaq ona görə də istifadə etsələr də, nəticəsi elə də adekvat olaraq səslənə bilməz. Onlar üçün xüsusi bir müsbət halla nəticələnməyəcək. Altay səfərinə gəldiksə isə Rusiya ilə Ermənistan arasında səhifələr son dövrdə bir neçə istiqamətdə vərəqlənir. Gah irəli, gah geri. Ancaq bu səfərin Ermənistan Rusiya münasibətlərində yeni səhifə açacağını düşünmək olmaz. Amma haradasa iqtisadi zəmində qarşılıqlı faydalı ola bilər. Lakin hələ ki, bu iki dövlət arasında, xüsusən yeni bir səhifənin açılacağını də güman etmək mənə elə gəlir, hələ tezdir”.
Nicat Rüstəmzadə
18:32 23.07.2025
Oxunuş sayı: 1444