Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
2025–2026-cı tədris ili üzrə tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu 15-22 iyul tarixlərində
Hazırda köçürülmə prosesinin növbəti - müəssisə tərəfindən qiymətləndirmə mərhələsi başlayıb. Bu mərhələdə təqdim edilmiş müraciətlər təhsil müəssisələri tərəfindən araşdırılır və müvafiq qərarlar qəbul edilir.
Təhsil müəssisəsi tərəfindən müsbət qərar verildiyi halda, tələbənin şəxsi kabinetində “Təsdiq et” və ya “İmtina et” düymələrindən birini seçməsi tələb olunur. Tələbə “Təsdiq et” düyməsini seçərək yerdəyişməyə razılıq verdiyi halda, proses rəsmiləşdirilmiş hesab olunur. Əks halda, müraciət qüvvədən düşür.
Bu səbəbdən tələbələrə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.
Qeyd edək ki, imtina cavabı alan şəxslər nəticələrin elan edilməsindən sonra 2 təqvim günü ərzində apellyasiya müraciəti təqdim edə bilərlər.
18:11 22.07.2025
Oxunuş sayı: 689