Rəşid Behbudov haqqında film çəkilib

110 illik yubileyi münasibətilə dünya şöhrətli müğənni Rəşid Behbudov haqqında yeni sənədli film çəkilib.
Crossmedia.az xəbər verir ki, filmin quruluşçu rejissoru və ssenari müəllifi gənc rejissor Xəyalə Pircanova, operatoru Hüseyn Kərimovdur. Yaradıcı heyətdə Günel Ayxan, Pakizə Alıyeva, Firuzə Qurbanlı, Ləman Bağırzadə və Səma Vəliyeva. Bədii rəhbər isə rejissor, prodüser İqbal Məmmədəliyevdir.
Sənədli filmdə Rəşid Behbudov Fondunun direktoru Kamil Şəhverdi, Xalq artisti Mübariz Tağıyev və bəstəkar, vokal ustası Qasım Xəlilov sənətkar haqqında xatirələrini bölüşüblər.
Filmdə Behbudovun musiqi və səhnə fəaliyyətindən əlavə kamera arxasındakı həyatına onun şəxsi hobbisi olan fotoqrafiyaya olan marağından söz açılır.
22:40 12.07.2025
Oxunuş sayı: 1660