Aİ rəsmisi: İranın Rusiyaya dəstəyi qlobal təhlükədir

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas, BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışında İranın Rusiyaya hərbi dəstəyinin qlobal təhlükə yaratdığını bildirib. Kaya Kallas, İranın Rusiyaya ballistik raketlər göndərməsini beynəlxalq təhlükəsizliyə qarşı əsas təhdid kimi qiymətləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kallas bu vəziyyəti ciddi narahatlıq doğurduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti bu təhdidə qarşı daha sərt addımlar atmağa çağırıb.
Xatırladaq ki, İranın Rusiyaya verdiyi hərbi dəstək, xüsusən Ukrayna müharibəsi fonunda daha çox diqqət çəkir və bu, Qərb ölkələrinin narahatlığını artırır.
15:57 12.03.2025
Oxunuş sayı: 2282