Ermənistanda sorğu: Xalq Paşinyandan narazıdır

Qallup Milli Assosiyası rəhbəri Aram Navasardyanın açıqladığı sorğunun nəticələrinə görə, Ermənistanda növbəti parlament seçkilərində hakim “Vətəndaş müqaviləsi”partiyasına səs verməyə hazır olan respondentlərin sayı 12%-dən azdır.
Crossmedia.az xəbər verir ki, Müxalif partiyaların qiymətləndirilməsinə görə: “Hayastan” bloku 4,7 , “Dok” partiyası 3,5 , “Çiçəklənən Ermənistan” 2,7 , “Şərəfim var” 2,1 faiz göstəricilərinə malikdir.
Bundan əlavə, sorğuda iştirak edənlərin 6,2%-i heç bir partiyaya səs vermək istəmədiyini, 4,7%-i isə bülleteni etibarsız edəcəyini bildirib. Cavab verməkdə çətinlik çəkənlərin sayı 24,6%, seçkilərdə iştirak etməyi planlaşdırmayanların sayı isə 32,4% təşkil edir.
Paşinyanın fəaliyyətinə münasibət isə onun siyasətindən erməni xalqının narazı olduğu görünür.
Sorğu iştirakçılarının 46,5%-i baş nazir Nikol Paşinyanın fəaliyyətini mənfi qiymətləndirib. Onun fəaliyyətini müsbət qiymətləndirənlərin sayı isə cəmi 9%-dir.
Mədinə Cəlilova
15:31 12.03.2025
Oxunuş sayı: 2151