XİN sözçüsü: Ukrayna və ABŞ arasında danışıqlarda “ağır kompromislər” qəbul edilib

Ukrayna xarici işlər nazirliyinin sözçüsü Georgi Tixinin sözlərinə görə, Ukrayna və ABŞ arasında keçirilən danışıqlar 8 saatdan çox davam edib. O bildirib ki, hətta nahar zamanı da iş prosesi dayanmayıb.
Crossmedia.az xəbər verir ki, Tixinin sözlərinə görə, danışıqlar zamanı Ukrayna “ağır kompromislər” qəbul etsə də, strateji diplomatik təşəbbüsü tamamilə ələ keçirib və oyunun gedişatını dəyişib.
Sözçü əlavə edib ki, görüş başa çatdıqdan sonra, artıq təyyarədə olarkən diplomatlar “Jeşuvdakı bütün proseslərin bərpa edildiyini” təsdiqləyiblər.
O, danışıqların detalları ilə bağlı əlavə məlumatın yalnız illər sonra açıqlanacağını vurğulayıb.
Mədinə Cəlilova
15:17 12.03.2025
Oxunuş sayı: 1929