Dünyanın bəzi yerlərində qızların təhsil hüquqları məhdudlaşdırılır

Bu gün hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqları tamamilə məhdudlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhdidlər həmişə insanı inkişafa doğru sövq edən amillərdəndir:
"Əvvəlki dövrdə olan çətin vəziyyətə düşmək ehtimalı da var. Qadınların imkanlarının mərhələlərlə məhdudlaşmasını unutmaq olmaz. Bu gün hələ də bəzi yerlərdə qızların təhsil hüquqlarının tamamilə məhdudlaşdırılması reallıqlarını görürük. Odur ki, təhdidləri açıq şəkildə müzakirə etməyə ehtiyac var".(Report)
10:47 20.02.2025
Oxunuş sayı: 4099