Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.
Bununla da, idmançılarımız günü 1 bürünc medalla başa vurublar. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, və Süleyman Şükürovun (hər ikisi 90 kq) çıxışları uğursuz alınıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
18:52 08.10.2026
Oxunuş sayı: 52