İsrail Avropanın mövqeyindən narazılığını bildirdi
İsrailin xarici işlər naziri Gideon Saar Avropanın solçu hökumətlərinin Fələstini dəstəklədiyini və İsrailə qarşı mövqe tutduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, Saar bu barədə açıqlamasında bildirib.
“Britaniya və Avropadakı digər solçu hökumətlər 100 faiz fələstinlilərin tərəfindədir və bizə qarşıdır. Bunu başa düşməlisiniz. Bu, fundamental faktdır və yaxın illərdə dəyişməyəcək”, – deyə İsrail XİN rəhbəri bildirib.
18:14 08.10.2026
Oxunuş sayı: 50