Paşinyan: “Ermənistan başqa dövlətə çevrilməyəcək”
Ermənistanın baş naziri Nikol Paşinyan Dmitri Medvedevin ölkəsinin “yeni Ukraynaya çevrilə biləcəyi” barədə təhdid xarakterli fikirlərinə cavab verib.
Crossmedia.az xəbər verir ki, Paşinyan Ermənistanın başqa dövlətə çevrilməyəcəyini və suverenliyini daha da möhkəmləndirəcəyini bildirib.
“İstəsəm, mən də deyə bilərəm ki, Ermənistanın yeni Rusiyaya çevrilməsini istəmirik. Rusiyanın müxtəlif yerlərində partlayışların baş verdiyini və nələrin yaşandığının bəlli olmadığını nəzərdə tuturam. Bu, yaxşı üslub deyil”, – Paşinyan deyib.
O vurğulayıb ki, Ermənistan Ermənistan olaraq qalacaq və getdikcə daha çox suveren dövlətə çevriləcək.
18:05 08.10.2026
Oxunuş sayı: 48