Tanınmış bloqer qəzada öldü
Tanınmış amerikalı avtomobil bloqeri Ceyms Ver Kaliforniyada baş verən ağır yol qəzasında həyatını itirib.
Crossmedia.az xəbər verir ki, 27 yaşlı bloqerin və şəxsiyyəti açıqlanmayan sərnişinin olduğu “McLaren” markalı avtomobil yüksək sürətlə hərəkət edib. Sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb və daha sonra yanmağa başlayıb.
Hadisə yerinə gələn polis və xilasedicilər Ver və sərnişini avtomobilin içərisində huşsuz vəziyyətdə aşkar ediblər.
Bloqerin ölümünü anası sosial şəbəkədə təsdiqləyib. O, paylaşımında oğlunu çox erkən itirdiyini bildirərək, ona olan sevgisini ifadə edib.
12:12 15.09.2026
Oxunuş sayı: 43