Almaniyada təyyarə qəzası - Ölənlər var
Almaniyanın Erkelenz şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
Crossmedia.az-a xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.
Polisin məlumatına görə, Cessna təyyarəsi səhər saat 11:20 radələrində Mönhenqladbaxın cənubundakı Erkelenz-Gerderat kəndi yaxınlığındakı tarlaya düşüb. Ekipaj və qəzaya səbəb olan hallar barədə təfərrüatlar hələlik məlum deyil.
Hazırda yanğınsöndürmə briqadası və polis hadisə yerindədir.
17:02 14.09.2026
Oxunuş sayı: 44