Syuzan Sarandon: Fələstinə görə Hollivudda işsiz qalıram
Amerikalı aktrisa Syuzan Sarandon Fələstin məsələsindəki açıq mövqeyinə görə hələ də film rollarını itirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
79 yaşlı aktrisa bu açıqlamanı Venesiya Beynəlxalq Film Festivalında yeni filmi “The Echo Chamber”ı təqdim edərkən verib. O bildirib ki, bəzi istedad agentlikləri hələ də prodüserlərə və rejissorlara onu işə götürməməyi tövsiyə edir.
Sarandonun sözlərinə görə, Qəzza müharibəsi ilə bağlı ictimai mövqenin əvvəlki illərlə müqayisədə dəyişdiyini düşünür. Bununla belə, onun fikrincə, Hollivudun böyük studiyalarında İsrailin siyasətini tənqid edən şəxslərə qarşı münasibət hələ də dəyişməyib.
Aktrisa qeyd edib ki, son dövrlərdə bir neçə film layihəsindən kənarlaşdırılıb. Sarandon 2023-cü ildə Fələstin tərəfdarı aksiyalarda iştirak etdikdən sonra United Talent Agency tərəfindən müştərilər siyahısından çıxarılmışdı.
Sarandon Venesiya festivalında rejissor Andrea Pallaoroya onu “The Echo Chamber” filminə dəvət etdiyi üçün təşəkkür edib. O, beynəlxalq kino mühitində özünü daha çox dəstəklənmiş hiss etdiyini bildirib.
15:25 07.09.2026
Oxunuş sayı: 43