Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Azərbaycan cüdoçusu Məhəmməd Musayev Avropa çempionatında qızıl medal qazanaraq ölkəyə ikinci çempionluğu gətirib.
Crossmedia.az xəbər verir ki, “Minval” bu barədə məlumat yayıb.
Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev finalda Serbiya təmsilçisi Marko Yorgiçi ipponla məğlub edib.
Bununla da Musayev Azərbaycan yığmasına turnirdə ikinci qızıl medalı qazandırıb. İlk qızıl medalı 60 kiloqram çəki dərəcəsində Ayxan Mirzəzadə əldə edib.
Qeyd edək ki, U-21 Avropa çempionatında fərdi yarışlar sentyabrın 5-dək davam edəcək.
09:48 04.09.2026
Oxunuş sayı: 38