Lukaşenko: Belarus Rusiyaya öhdəliklərini artıqlaması ilə yerinə yetirir
Belarus Rusiyaya qarşı götürdüyü öhdəlikləri tam və artıqlaması ilə yerinə yetirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hökumətinin sədri Mixail Mişustinlə görüşündə bildirib.
Lukaşenko bütün nəzərdə tutulan planların icra edildiyini deyib. O, həmçinin Rusiya tərəfinə Belarus qarşısındakı öhdəliklərini qüsursuz şəkildə yerinə yetirdiyinə görə təşəkkür edib.
16:54 28.08.2026
Oxunuş sayı: 50