Ərdoğandan Qarabağ Universiteti ilə bağlı MÜHÜM QƏRAR
Türkiyə Qarabağ Universitetinin nəzdində İstanbul Texniki Universitetinin (İTÜ) akademik bölmələrini açır.
Crossmedia.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Qərar Türkiyənin “Resmî Gazete” nəşrində dərc olunub. Qərara əsasən, Türkiyə qanunvericiliyinə uyğun yaradılan və İstanbul Texniki Universitetinin rektorluğuna bağlı olan akademik bölmələr Qarabağ Universitetinin tərkibində fəaliyyət göstərəcək.

09:13 27.08.2026
Oxunuş sayı: 55