Türkiyədə quşlar araşdırmaya cəlb edildi
Afrika ilə Avropa arasında köç edən quşlardan İstanbulda toplanan gənələr beynəlxalq elmi tədqiqat çərçivəsində araşdırılır. Tədqiqatın əsas məqsədi Krım-Konqo qanaxma ateşi (KKKA) başda olmaqla, xəstəlik törədicilərinin qitələr arasında yayılmasını və mümkün epidemiya risklərini müəyyənləşdirməkdir.
Crossmedia.az xəbər verir ki, layihə 2025-ci ildə başlayıb. Araşdırmada Kaliforniya Universitetinin Los-Anceles kampusu (UCLA), Koç Universiteti, İstanbul Universiteti-Cerrahpaşa, Marmara Universiteti və Tekirdağ Namık Kemal Universitetinin alimləri iştirak edirlər.
İstanbulun Avcılar rayonundakı Quş Həlqələmə Stansiyasında köç edən quşlar tutulur, həlqələnir və onların üzərindəki gənələr toplanır. Daha sonra quşlar yenidən təbiətə buraxılır. Toplanan gənələr həftədə iki dəfə canlı şəkildə Marmara Universitetinə göndərilir. Burada onların növləri mikroskop altında müəyyənləşdirilir, daha sonra isə KUISCID laboratoriyalarında molekulyar analizlər aparılır.
Tədqiqat zamanı Asiya uzunbuynuzlu gənəsinin (Haemaphysalis longicornis) İstanbulda məskunlaşdığı və həyat dövrünü davam etdirdiyi müəyyən edilib. Bu növ Türkiyə üçün yeni və potensial təhlükəli hesab olunur.
Alimlər bildirirlər ki, araşdırmanın əsas məqsədi xəstəliklər yayılmadan əvvəl mümkün təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirlərə hazır olmaqdır.
04:30 12.10.2026
Oxunuş sayı: 63