Rusiya neftinin ən böyük alıcılarından biri geri çəkilir
Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələr fonunda tədarükdə yaranan fasilələr Hindistanın neft emalı şirkətlərini Rusiya neftinin alışını azaltmağa vadar edib.
Crossmedia.az xəbər verir ki, ˝Bloomberg˝-in məlumatına görə, avqustun sonunda Hindistanın Rusiyadan neft idxalının gündəlik təxminən 2 milyon barrel təşkil edəcəyi gözlənilir.
İyulda bu göstərici 2,8 milyon barrel olub.
Son dörd həftə ərzində Rusiyanın dəniz yolu ilə neft ixracı da gündəlik 3,5 milyon barrelə düşüb. İyulda bu rəqəm 4 milyon barreldən çox olub.
Hindistan daha əvvəl Hörmüz boğazındakı vəziyyət səbəbindən Rusiya neftinin idxalını artırmağı planlaşdırırdı. Lakin hazırda Rusiyanın əsas alıcılarından birini itirmək riski ilə üzləşdiyi, eyni zamanda benzin, o cümlədən Türkiyədən yanacaq almağa başladığı bildirilir.
21:10 26.08.2026
Oxunuş sayı: 56