Kosmik yarışda Vaşinqtonu narahat edən iki addım
Rusiya və Çin kosmik yarışda ABŞ-yə ciddi rəqabət göstərir.
Crossmedia.az bu barədə ˝The Washington Post˝a istinadən xəbər verir.
Nəşr bu qənaətini iki əsas amillə əlaqələndirir. Bunlardan biri Rusiyanın Rassvet peyk qruplaşmasını gözləniləndən daha sürətlə yerləşdirməsidir. Digər amil isə Çində geri qaytarılan pilləyə malik Zhuque-3 (ZQ-3) raketinin uğurlu şəkildə buraxılmasıdır.
Qəzetin məlumatına görə, hər iki proqram ABŞ-nin SpaceX və Blue Origin şirkətlərinə rəqib yaradır.
19:16 26.08.2026
Oxunuş sayı: 39