ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvadan ayrılıb
ABŞ-yə məxsus hərbi-nəqliyyat təyyarəsi Moskvadan uçub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki bu barədə dünya üzrə aviasiya hərəkətini izləyən onlayn monitorinq sistemlərinin məlumatlarında bildirilir.
Məlumata görə, təyyarə Rusiya paytaxtından havaya qalxaraq Latviya sərhədinə doğru istiqamət götürüb. Təyyarənin Vaşinqtondakı Endryus hərbi bazasından yola çıxdığı və Rusiya ərazisinə gedərkən Latviya üzərindən tranzit uçuş həyata keçirdiyi qeyd olunur.
20:24 25.08.2026
Oxunuş sayı: 44