Britaniya Ukraynaya raket texnologiyalarını verməyə razılıq verib
Böyük Britaniyanın Baş naziri Endi Börnhəm Ukraynanın öz uzaqmənzilli raketlərini istehsal edə bilməsi üçün Storm Shadow raketləri ilə bağlı məxfi texnologiyalara çıxış əldə edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Börnhəm Ukraynanın Müstəqillik Günü ilə bağlı Kiyevə səfəri zamanı bildirib.
Börnhəmin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyadan Storm Shadow texnologiyalarını paylaşmağı xahiş edib. Böyük Britaniya və Fransa sənayesi Ukrayna ilə birlikdə bu imkanların inkişafı üzərində çalışacaq. Fransa da müvafiq texnologiyaların ötürülməsinə razılıq verib.
Böyük Britaniya 2023-cü ildən Ukraynaya Storm Shadow raketləri təqdim edir. Yeni razılaşma isə Ukraynaya gələcəkdə bu raketlərin öz ərazisində istehsalını təşkil etməyə imkan verməyi hədəfləyir.
Börnhəm həmçinin bildirib ki, bununla Rusiyaya aydın mesaj verilir: Ukrayna döyüş meydanında Rusiyanın ələ keçirə bilmədiyi ərazilərdən imtina etməyəcək və danışıqlar təmas xəttindən başlamalıdır.
22:36 24.08.2026
Oxunuş sayı: 47