Azərbaycan-Özbəkistan əməkdaşlığı bütün türk dünyasına xidmət edir
Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu səfər iki ölkə arasında son illərdə formalaşmış yüksək siyasi etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini açıq şəkildə nümayiş etdirir. Azərbaycan və Özbəkistanı birləşdirən ortaq tarixi köklər, milli-mənəvi dəyərlər və qarşılıqlı iqtisadi-siyasi maraqlar münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Səfər çərçivəsində əldə olunan razılaşmalar, xüsusilə Əbədi Dostluq haqqında Müqavilə, əlaqələrin uzunmüddətli perspektivdə dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və ticarət, investisiya, nəqliyyat, enerji və humanitar sahələrdə yeni əməkdaşlıq imkanları açır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib: “Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu səfər iki ölkə arasında son illərdə formalaşmış yüksək siyasi etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. Azərbaycan və Özbəkistanı birləşdirən ortaq tarixi və milli-mənəvi dəyərlərlə yanaşı, qarşılıqlı iqtisadi və siyasi maraqlar da münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır. Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə Əbədi Dostluq haqqında Müqavilə, əlaqələrin uzunmüddətli perspektivdə daha da dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu razılaşmaların siyasi münasibətlərlə yanaşı, ticarət, investisiya, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığa yeni imkanlar açacağı gözlənilir”.
Deputat qeyd edib ki, səfərin əhəmiyyətini yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək düzgün olmaz: “Azərbaycan-Özbəkistan əməkdaşlığının güclənməsi bütövlükdə Türk dünyasının siyasi və iqtisadi həmrəyliyinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə xidmət edir. Bu baxımdan Prezident İlham Əliyevin səfəri Azərbaycanın regional mövqelərinin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından olduqca mühüm hadisədir”.
Ayhan
17:15 24.08.2026
Oxunuş sayı: 40