İranlı hakerlər Britaniyanı işıqsız qoyub
İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olduğu bildirilən hakerlər Böyük Britaniyadakı elektrik stansiyalarından birinə uğurlu kiberhücum həyata keçiriblər.
Crossmedia.az xəbər verir ki “Telegraph” qəzetinin məlumatına görə, təhlükəsizlik səbəbilə Britaniya hakimiyyəti hücuma məruz qalan elektrik stansiyasının adını açıqlamayıb.
Hadisə Böyük Britaniyada İranla əlaqələndirilən haker qruplarının elektrik enerjisi infrastrukturuna qarşı ilk belə hücumu kimi qiymətləndirilir.
23:53 23.08.2026
Oxunuş sayı: 65