9,1 milyonluq yaxta alındıqdan 4 gün sonra batıb
Dəyəri 9,1 milyon dollar olan 30 metrlik “Angiola II” yaxtası alındıqdan cəmi dörd gün sonra Aralıq dənizində batıb.
Crossmedia.az xəbər verir ki, hadisə Sardiniya Vlərində yaxtanın mühərrikində yaranan nasazlıq səbəbindən yanğın baş verməsindən sonra qeydə alınıb. Göyərtədə olan 14 nəfərin hamısı xilas edilib.
20:56 23.08.2026
Oxunuş sayı: 65