Moskva Londonla diplomatik münasibətlərin səviyyəsini azaltmaq niyyətində deyil
Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Londonla diplomatik münasibətlərin səviyyəsini aşağı salmağı planlaşdırdığı barədə Britaniya mediasında yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” bu barədə məlumat yayıb. Rusiya XİN-dən bildirilib ki, Rusiyanın Böyük Britaniyadakı səfirliyinin açıqlamalarında münasibətlərin səviyyəsinin aşağı salınması ilə bağlı hər hansı niyyətə işarə edilməyib.
“Bu, yalnız “The Times” qəzetinin adı açıqlanmayan mənbələrinin mülahizələridir”, - deyə Rusiya XİN-dən bildirilib.Nazirlik iki ölkə arasındakı münasibətlərin hazırda onsuz da “Londonun səyləri nəticəsində kifayət qədər pis vəziyyətdə” olduğunu qeyd edib.
15:52 23.08.2026
Oxunuş sayı: 57