Qazaxıstanda parlament seçkilərində iştirak 50 faizi keçdi
Qazaxıstanda parlament seçkilərində seçicilərin iştirakı 50 faizi ötüb. Crossmedia.az xəbər verir ki, “Qazinform” bu barədə məlumat yayıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, avqustun 23-də saat 14:00-a olan məlumata əsasən, seçicilərin 53,12 faizi səsvermədə iştirak edib. Bu vaxta qədər 6 milyon 696 min 2 seçici bülleten alıb.
Bu seçkilər Qazaxıstanda yeni birpalatalı parlamentə — Qurultaya keçirilən ilk seçkilərdir. Parlamentə 145 deputat seçiləcək və onların səlahiyyət müddəti 5 il olacaq.
Seçkilərdə 7 siyasi partiyadan 545 namizəd iştirak edir. Səsvermə üçün Qazaxıstan ərazisində və xaricdə ümumilikdə 10 423 seçki məntəqəsi yaradılıb.
15:26 23.08.2026
Oxunuş sayı: 54