Tramp yenidən Hörmüz boğazını ABŞ ərazisi adlandırdı
ABŞ Prezidenti Donald Tramp gecə saatlarında Hörmüz boğazı ilə bağlı növbəti açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında məlumat yayıb.
ABŞ lideri daha əvvəl də strateji əhəmiyyət daşıyan Hörmüz boğazını ABŞ ərazisi kimi təqdim etmişdi.
Bunun fonunda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Tehranın öhdəliklərinin dəfələrlə pozulması fonunda İran diplomatik siyasətinə yenidən baxa bilər.
Rzayi həmçinin Trampın mövqeyinin dünya ölkələrində nüvə silahına sahib olmaq istəyini və marağını artırdığını iddia edib.
12:45 23.08.2026
Oxunuş sayı: 65