Orenburqda dronlar Ozon-un ən böyük anbarına hücum edib
Rusiyanın Orenburq vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində “Ozon” şirkətinin ən böyük logistika anbarlarından birində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı Rusiya tərəfi məlumat yayıb.
Məlumata görə, dronların zərbəsindən sonra logistika kompleksinin ərazisində yanğın başlayıb. Hadisə zamanı binadan 300-dən çox əməkdaş təxliyə edilib.
Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib. Təhlükəsizlik məqsədilə anbarın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
12:09 23.08.2026
Oxunuş sayı: 54