Qazla bağlı MÜHÜM XƏBƏRDARLIQ
Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
11:24 19.08.2026
Oxunuş sayı: 48