CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Sel

20:15 15.10.2026

Türkiyədəki yağış qapıda - Azərbaycanı nə gözləyir?

30

Dünyada iqlim dəyişikliklərinin sürətlənməsi və orta temperaturların yüksəlməsi nəticəsində təbiət hadisələrinin miqyası və dağıdıcı gücü kəskin şəkildə artıb. Xüsusilə son dövrlərdə Qara dəniz hövzəsində və qonşu Türkiyədə baş verən şiddətli leysan yağışları, sel və su basmaları qlobal iqlim anomaliyalarının artıq regional müstəvidə fəsadlar törətdiyini göstərir. Sakit okeanda hər 7 ildən bir təkrarlanan "El-Ninyo" təbii fenomeni okean sularının həddindən artıq qızmasına, iqlim balansının pozulmasına və kütləvi hava kütlələrinin hərəkət sürətinin kəskin artmasına gətirib çıxarır. Okean səthində temperaturun yüksəlməsi anomal fırtınalara, güclü leysanlara və sahil ərazilərində daşqınlara səbəb olur. Sakit okean hövzəsinə və böyük su tutarlarına yaxın olan ABŞ, Yaponiya, Hindistan, Fransa kimi ölkələr bu qlobal anomaliyadan daha kəskin zərər çəkirlər. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, Sakit okeandakı proseslər dünya iqliminə birbaşa təsir etsə də, Azərbaycanın coğrafi mövqeyi bu fəsadların ölkəmizə təsir riskini azaldır: "Son dövrdə hər 7 ildən bir El-Ninyo zolağı Sakit okeanın suyunu kəskin şəkildə isidir və suyun temperaturunu 21,5 dərəcəyə qədər qaldırır. Bu proses okean sularının və hava kütlələrinin hərəkət sürətini min dəfələrlə artırır. Bənzər iqlim proseslərinin fəsadları bu günlərdə Türkiyədə də kəskin leysanlar və sel şəklində baş verib, xüsusilə Şərqi və Qara dəniz bölgələrində ciddi fəsadlar törədib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR