12:39 11.11.2026
Azərbaycanda iqtisadi artım proqnozu açıqlanıb
32
2027–2030-cu illərdə Azərbaycanda orta illik iqtisadi artımın 3,3 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4% olacağı proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82%-ə çatması gözlənilir: "İqtisadi artımda, məşğulluqda özəl sektorun payının artırılması vacibdir. Bu baxımdan cari ildə də özəl sektorun inkişafının dəstəklənməsi diqqət mərkəzində saxlanılıb. Dövlət-özəl tərəfdaşlığı, investisiya təşviqi mexanizmi, güzəştli kreditlər, sənaye zonaları, vergi və gömrük güzəştləri kimi alətlərlə sahibkarlığın inkişafı dəstəklənib".